Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi keçirilib

Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi keçirilib

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Nümayəndələr Palatasının (parlament) üzvləri qarşısında andiçmə mərasimi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, andiçmə mərasimi Misirin yeni inzibati paytaxtı olan Yeni Qahirədə baş tutub.

Bununla da o, üçüncü dəfə rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Misirdə prezident seçkisi 2023-cü il dekabrın 10-12-də keçirilib. Misir Mərkəzi Seçki komissiyası əs-Sisinin prezident seçkilərində təxminən 90 faiz səslə qalib gəldiyini açıqlamışdı.

Qeyd edək ki, Misir prezidentinin səlahiyyət müddəti 6 ildir.