Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb

Ötən ay 3 aptekdə nöqsan aşkarlanıb

Mart ayında 15 aptekdə yoxlamalar aparılıb.

"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mart ayı ərzində yoxlamalar Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə14 aptekdə baş tutub, 3 aptekdə nöqsan aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.