İran Prezidenti: İsrailin Suriyadakı konsulluğumuza hücumu cavabsız qalmayacaq

İran Prezidenti: İsrailin Suriyadakı konsulluğumuza hücumu cavabsız qalmayacaq

İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumu cavabsız qalmayacaq.

Birxeber.Az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisinin İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı bəyanatında deyilir.

"İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində briqada generalları Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü həlak olub", - İran Prezidenti qeyd edib.


İbrahim Rəisi bildirib ki, İsrail bu cür hərəkətlərlə heç vaxt öz məqsədlərinə nail olmayacaq və bu cinayət cavabsız qalmayacaq.