Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər 3-4 apreldə baş tutacaq. Səfər çərçivəsində Hakan Fidanın həmkarları ilə ikili görüşlər keçirəcəyi də diqqətə çatdırılıb.