Qazaxıstanda 4,4 maqnitudada zəlzələ baş verib

Qazaxıstanda 4,4 maqnitudada zəlzələ baş verib

Qazaxıstanın Almaatı vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Zəlzələnin episentri Qazaxıstanın Almaatı şəhərindən 108 km şərqdə yerləşib. Zəlzələnin enerji sinfi 9.1-dir”, - məlumatda bildirilib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.