MM-in komitə sədri: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır

MM-in komitə sədri: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bu məsələ müzakirə edilə bilər:

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanun layihəsinə yenidən baxmalıdır. Hesab edirəm ki, bu zaman Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra sözügedən qanuna yenidən baxmaq zərurəti yaranıb. Qanunun daha işlək olması üçün aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik".