ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb.

"Birxeber" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürət ölçən qurğu, inmarsat peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, “Nəsimi” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Nəsimi” gəmisinin uzunluğu 149,9 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

İnfrastruktur İnfrastruktur
Biləsuvarda kanalizasiya üçün qazılaraq uzun müddət təmirsiz qalan yol bərpa edilir

Biləsuvarda kanalizasiya üçün qazılaraq uzun müddət təmirsiz qalan yol bərpa edilir

İnfrastruktur İnfrastruktur
Novak: "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

Novak: "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

İnfrastruktur İnfrastruktur
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

İnfrastruktur İnfrastruktur
"Azərsu" I rübdə 200 minə yaxın elektron müraciət qəbul edib

"Azərsu" I rübdə 200 minə yaxın elektron müraciət qəbul edib

İnfrastruktur İnfrastruktur
Bakının bəzi qəsəbələrində su kəsiləcək

Bakının bəzi qəsəbələrində su kəsiləcək

İnfrastruktur İnfrastruktur
Ekspert: "Yeni Çin-Almaniya marşrut xətti bölgə üçün əlavə imkan yaradır"

Ekspert: "Yeni Çin-Almaniya marşrut xətti bölgə üçün əlavə imkan yaradır"

İnfrastruktur İnfrastruktur
Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib

İnfrastruktur İnfrastruktur
Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qəbul edilə bilər

Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qəbul edilə bilər

İnfrastruktur İnfrastruktur
Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb

İnfrastruktur İnfrastruktur
Azərbaycanda su təchizatı xidmətləri: İnfrastruktur quruculuğundan institusional quruculuğa

Azərbaycanda su təchizatı xidmətləri: İnfrastruktur quruculuğundan institusional quruculuğa

İnfrastruktur İnfrastruktur
ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

ASCO: “Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb"

İnfrastruktur İnfrastruktur
Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb

Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb