Ukraynada xidmət müddəti bitmiş hərbi qulluqçular ehtiyata buraxılır

Ukraynada xidmət müddəti bitmiş hərbi qulluqçular ehtiyata buraxılır

Ukraynada müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılıb.

APA-nın unian-a istinadən xəbərinə görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Qeyd edək ki, müvafiq qanun layihəsi Ali Radaya fevralın 26-da prezident Vladimir Zelenskinin imzası ilə daxil olub. Martın 7-də ölkə rəhbəri həqiqi hərbi xidmət müddəti başa çatanların ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Sənədə əsasən, proses mayın sonunadək davam edəcək.

Fərid Azəri