TƏBİB: Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir

TƏBİB: Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.