Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü Elvin Bədəlov Rusiya futbol məktəbinin yetirməsidir.

“Zenit” akademiyasının kəşfi olan 28 yaşlı mərkəz müdafiəçisi 2014-cü ilin yanvarında Sankt-Peterburq klubunun əvəzedici heyətindən “Neftçi”yə keçib.

Bakı klubunda 3 il yarımlıq çıxışın ardından 2017-ci ildə Avstriyaya yollanan oyunçu bir mövsüm orada “Qarabağ Vyana” komandasının formasını geyinib. 2018-ci ildə Azərbaycana paytaxtın digər təmsilçisi “Sabah” üçün dönən Bədəlov 2019-cu ilin əvvəlindən karyerasını “Sumqayıt”da davam etdirir.

2020-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyunda meydana çıxan Elvin Bədəlov “Report”un suallarını cavablandırıb.

- Rusiyada “Zenit” akademiyasının məzunusunuz. Rusiya ilə Azərbaycan futbol məktəbləri arasında nə kimi fərqlər var?
- Bəli, “Zenit”in yetirməsiyəm, orada aşağı yaş qrupları komandalarında, əvəzedici heyətdə çıxış etmişəm. “Zenit”in akademiyası Rusiyanın ən yaxşılarındandır. Sona qədər orada qalmaq çox çətindir. Rusiyada uşaq komandaları da güclüdürlər. Üstəlik, orada futbol təhsili almaq hər adama nəsib olmur. Rusiyada uşaq futbol məktəbləri Azərbaycandakılardan qat-qat üstündür. Aradakı fərqi görməmək mümkün deyil. Yaradılan şərait, uşaqların, məşqçilərin səviyyəsi orada tam başqadır. Təəssüf ki, bizdə uşaq futbolu hələ yaxşı səviyyədə deyil. Azərbaycanda da potensiallı futbolçular var. Doğrudur, əvvəl daha çox idi. Nədənsə, son vaxtlar istedadlı oyunçular çox üzə çıxmır. Sadəcə, axtarmaq, bu işin üstünə düşmək lazımdır. İnanıram ki, gələcəkdə Azərbaycanda da futbol məktəbləri minimum Rusiyadakı akademiyalar səviyyəsində olacaq.

- “Zenit” akademiyasının yetirməsi olsanız da, nə Sankt-Peterburq təmsilçisinin əsas komandasında, nə də Rusiyadakı digər Premyer Liqa klublarında oynamısınız. Bunun səbəbini nədə görürsünüz?
- 18 yaşımda “Zenit”in əvəzedici heyətində olanda “Neftçi”dən təklif aldım. Bunu da dəyərləndirmək istədim. Artıq böyük futbola keçid eləmək istəyirdim, əvəzedicilərdə çox qalmaqla razılaşmırdım. Təklif də “Neftçi”dən gəldiyi üçün dərhal müsbət cavablandırdım. “Zenit”lə müqaviləmin sonuna hələ yarım il vaxt var idi. Qalmağa ehtiyac duymadım. Bəlkə də, qalsaydım, “Zenit”in əsas komandasına cəlb olunmasam da, Rusiyanın digər klublarından təkliflər alardım. “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim. 18 yaşımda yüksək liqada “Neftçi” kimi komandanın formasını geyindiyim üçün xoşbəxtəm.

- Azərbaycanda 2022-ci ilin ən yaxşı futbolçusu adı uğrunda əsas rəqiblər olan Ramil Şeydayev (“Qarabağ”) və Emin Mahmudov (“Neftçi”) Rusiya futbol məktəbinin yetirmələridir. Onların çıxışı həmin ölkədə yetişən oyunçuların daha keyfiyyətli olduğunun göstəricisidir?
- İlk növbədə ilin ən yaxşısı seçildiyi üçün Emin Mahmudovu təbrik edirəm. Etiraf edək ki, Rusiyada futbol akademiyaları daha güclüdür. Oradan daha çox futbolçu üzə çıxması da normaldır. Eminlə Ramil, şübhəsiz ki, Azərbaycanda 2022-ci ilin ən yaxşı futbolçularıdır. Burada da yaxşı oyunçular var, amma azdır. Təəssüf ki, akademiyalarımız hələ o qədər yaxşı deyil. Buna görə də tək-tük oyunçu çıxır. Yaxşı futbolçu yetişdirmək üçün buna uyğun şəraitin olmalıdır.

- Həm Mahmudov, həm də Şeydayev vaxtilə Rusiyada gələcəyi parlaq futbolçular sırasında göstərilsələr də, orada irəli gedə bilmədilər. Azərbaycan vətəndaşlığı almalarının buna təsiri oldumu?
- Fikrimcə, onların Rusiyada və ya Avropada daha uzun müddət oynamamaları Azərbaycan vətəndaşlığı almaları ilə bağlı deyil. Niyə Azərbaycan çempionatını seçdiklərini deyə bilmərəm. Onların seçiminə qarışa bilmərəm. Hər ikisi güclü futbolçudur, həm Rusiyada, həm də Avropada çıxış ediblər. Onların səviyyəsinə şübhə yoxdur. Məncə, istər Rusiyada, istərsə də Avropada oynaya bilərdilər. Ancaq niyə orada qalmamalarına mən cavab verə bilmərəm.

- Son vaxtlar Rusiya ilə Azərbaycan Premyer Liqası arasında çox müqayisələr aparılır. Siz necə düşünürsünüz, Azərbaycan klublarından hansılar Rusiya yüksək liqasında uğurlu çıxış edə bilərlər?
- Rusiya çempionatının səviyyə, komanda sayı baxımından bir pillə üstün olduğunu deməliyəm. Bizimlə müqayisədə müsbət cəhətləri çoxdur. Amma Azərbaycan çempionatı da get-gedə inkişaf edir. “Qarabağ”, “Neftçi” kimi klublarımız var. Bu mövsümdən “Sabah” da yaxşı oyun sərgiləyir. Premyer Liqamızın yaxın gələcəkdə Rusiya çempionatı səviyyəsinə çatacağına inanıram. Fikirləşirəm ki, bu üç klub Rusiya Premyer Liqasının ilk “5-liy”ində qərarlaşa bilər.

- Gələcək hədəfləriniz arasında yenidən legioner həyatı yaşamaq var?
- “Sumqayıt”la müqaviləm mövsümün sonuna qədərdir. Sözləşməmə sadiq qalacağam. Burada çox xoşbəxtəm. Komandamın mövsümü daha yaxşı yerlərdə bitirməsi üçün əlimdən gələn köməkliyi etməyə çalışacağam. İndidən gələcək karyera barədə düşünmürəm. Bütün diqqətimi “Sumqayıt”ın oyunlarına cəmləmişəm. Mövsüm başa çatdıqdan sonra gələcək karyera barədə danışmaq olar.

Futbol Futbol
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Futbol Futbol
Laurentsiu Regekampf: "Emin Mamudovun "Neftçi"də qalması üçün addımlar atılır"

Laurentsiu Regekampf: "Emin Mamudovun "Neftçi"də qalması üçün addımlar atılır"

Futbol Futbol
Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib

Futbol Futbol
“Qarabağ” yerli qapıçı axtarır

“Qarabağ” yerli qapıçı axtarır

Futbol Futbol
FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlanmasını təxirə salıb

FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlanmasını təxirə salıb

Futbol Futbol
2022/23 mövsümündə ən çox qolda yaxından iştirak edən futbolçular

2022/23 mövsümündə ən çox qolda yaxından iştirak edən futbolçular

Futbol Futbol
Ermənistan Futbol Federasiyasından gülünc qərar: Superkubok "Pünik"ə hədiyyə olunub

Ermənistan Futbol Federasiyasından gülünc qərar: Superkubok "Pünik"ə hədiyyə olunub

Futbol Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol Futbol
Messi PSJ ilə gizli razılığa gəlib

Messi PSJ ilə gizli razılığa gəlib

Futbol Futbol
“Mançester Siti” İngiltərə Kubokunu qazanıb

“Mançester Siti” İngiltərə Kubokunu qazanıb

Futbol Futbol
"Neftçi"nin baş məşqçisi: "Sayef penaltini vura bilməsəydi, Mahmudovu cəzalandıracaqdım"

"Neftçi"nin baş məşqçisi: "Sayef penaltini vura bilməsəydi, Mahmudovu cəzalandıracaqdım"

Futbol Futbol
Anton Krivotsyuk Cənubi Koreya çempionatında qırmızı vərəqə alıb

Anton Krivotsyuk Cənubi Koreya çempionatında qırmızı vərəqə alıb