Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir.

"Birxeber.Az" xəbər verir ki, konfransda Baş Prokurorluq ilə Hesablama Palatası arasında sənəd imzalanması nəzərdə tutulur.

Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Kamran Əliyev, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Ombudsman Səbinə Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak edir.