Tatarıstanda PUA-larla hücum edilən zavodda “Shahed” hazırlanırmış

Tatarıstanda PUA-larla hücum edilən zavodda “Shahed” hazırlanırmış

Rusiyanın Tatarıstan Respublikası ərazisində “Shahed” hazırlanan zavoda pilotsuz uçuş aparatı ilə (PUA) ilə hücum olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, həmin zavod Ukrayna sərhədindən min kilometr məsafədə yerləşir.

Bildirilib ki, hücum Tatarıstanın “Elaz-Neft məhsulları” Neft-emalı zavoduna və “Alabuqa” xüsusi iqtisadi zonaya iki hücum olub.

“RBK-Ukraina”nın məlumatına görə, Tatarıstan istiqamətində “UJ-22” PUA-sı uçub. O, 2020-ci ildən Ukrayna silah arsenalına daxil edilib və göyərtəsində 20 kiloqrama yaxın partlayıcı daşıyır.

Vurğulanıb ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.