Ukraynada müharibə ilində ölkəyə buraxılmayan azərbaycanlıların sayı açıqlanıb
Ukraynada 2022-ci ildə ölkəyə buraxılmayan və ölkədən xaric edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub.
Bu barədə "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Ötən il ərzində 597 nəfər Azərbaycan vətəndaşı Ukraynaya buraxılmayıblar. 54 nəfər isə ölkədən xaric edilib. Bütün bunlara səbəb onların Ukrayna miqrasiya və digər müharibə şəraitində qanunvericilik qaydalarına əməl etməmələri göstərilir.
Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynada Rusiyanın hücumu nəticəsində genişmiqyaslı müharibə gedir.