Gündüz Kərimov: Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir

Gündüz Kərimov: Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir

Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir.

"Birxeber.Az" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma bütün sahələri əhatə edir: "Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət tətbiqi metodlarının rəqəmsallaşdılması ilə yanaşı yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş Prokurorluğun üzərinə düşür".

PA-nın şöbə müdiri bildirib ki, gələcək qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti və qanunvericiliyin inkişafı istiqamətləri nəzərə alınmalıdır.