Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək  - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi.

Bu barədə Birxeber.Az-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.