Rusiyanın “IrAero” şirkəti Omskdan Bakıya uçuşlara başlayıb

Rusiyanın “IrAero” şirkəti Omskdan Bakıya uçuşlara başlayıb

Rusiyanın “IrAero” aviaşirkəti Omsk – Bakı reysinə başlayıb.

“Birxeber.Az” xəbər verir ki, aprelin 1-də saat 21:24-də Bakıdan havaya qalxmış təyyarə yerli vaxtla 02:50-də Rusiyanın Omsk şəhərinə çatıb.

Daha sonra 04:00-da Bakıya yola düşmüş təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, uçuş proqramı oktyabrın 22-dək açıqlanmışdı.

Bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə gerçəkləşib.