Azərbaycan Kuboku: "Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək

Azərbaycan Kuboku: "Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

"Birxeber.Az" xəbər verir ki, ilk olaraq "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

"Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

"Köhlən atlar" ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, "Neftçi" isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.