Bakıda sex yanıb

Bakıda sex yanıb

Bakı şəhərinin Binəqədi rayonunda sex yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 2900 m² (hər mərtəbəsi 1450 m²) olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 450 m² olan taxta sexinin içərisində yığılan taxta materialı 7 m² sahədə yanıb.

"Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",- deyə bildirilib.