Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək

Markos Alonso mövsümün sonunda “Barselona”nı tərk edəcək

“Barselona”nın müdafiəçisi Markos Alonso mövsümün sonunda klubu tərk edəcək.

“Birxeber.Az” xəbər verir ki, bunu futbol insayderi Fabritsio Romano sosial şəbəkədə bildirib.

Tərəflər 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləni yeniləməmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu mövsüm 33 yaşlı ispaniyalı kataloniyalıların heyətində 7 oyuna çıxıb. Ümumilikdə Alonso “Barselona”nın heyətində 44 oyuna çıxıb və 3 qol vurub.