Nazir: "Mina xəritələri çox həssas məqamdır"

Nazir: "Mina xəritələri çox həssas məqamdır"

Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.

"Birxeber.Az"un məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:
"Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. Son üç il əzində 480 km uzunluqda, 960 kv.km ərazi tamamilə minalanıb".