Mask: Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Mask: Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Süni intellektin (Sİ) inkişafı 10-20 faiz ehtimalla bəşəriyyətin ölümünə səbəb ola bilər.

“Report” “Business Insider”ə istinadən xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-nin Los-Anceles şəhərində keçirilmiş “Sİ haqqında böyük müzakirələr” seminarında söyləyib.

“Düşünürəm ki, onun (Sİ – red.) bəşəriyyəti məhv edəcəyi ehtimalı var. Mən, yəqin ki, [britaniyalı və kanadalı süni intellekt üzrə alim] Ceffri Hintonla razılaşardım ki, bu, 10 və ya 20 faiz və ya daha çoxdur”, – Mask bildirib.

Bununla yanaşı, biznesmen hesab edir ki, bu cür texnologiyaların inkişafı hələ də davam etdirilməyə dəyər, çünki bu məsələdə müsbət ssenarilər mənfi olanları üstələyir.