İsrail ordusu İranın Dəməşqdəki konsulluğuna hücumu şərh etməkdən imtina edib

İsrail ordusu İranın Dəməşqdəki konsulluğuna hücumu şərh etməkdən imtina edib

“Biz xarici mediada yayılan xəbərləri şərh etmirik”.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Hagari İranın Dəməşqdəki konsulluğuna hücum barədə danışıb.

O hadisəni şərh etməkdən imtina edib

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə hücumunun arxasında İsrailin durduğunu təsdiqləməyib:

“Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğuna hücumla bağlı bölgədəki müttəfiqlərimizlə məsləhətləşərək məlumat toplayırıq. Hələlik bu hücuma görə İsrailin məsuliyyət daşıdığını düşünmürük. Hazırda hücumun hədəfi və məsuliyyət daşıyan tərəf haqqında təsdiqlənmiş məlumat yoxdur”.

Ağ Ev də Baydenin İran konsulluğuna hücumdan xəbərdar olduğunu bildirib.