İsrailin hücumu nəticəsində İranın Dəməşqdəki konsulluğunun binası dağılıb - YENİLƏNİB-2

İsrailin hücumu nəticəsində İranın Dəməşqdəki konsulluğunun binası dağılıb - YENİLƏNİB-2

İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb.

"Report" xəbər verir ki, bu barədə İranın "Əl-Aləm" telekanalı məlumat yayıb.

Bundan əvvəl Suriyanın SANA agentliyi İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdəki evə hücum etdiyini bildirib.

İranın yerli telekanalının məlumatına görə, konsulluğun binası və İran səfirinin iqamətgahı atəşə tutulub. "Tasnim" agentliyi 6 nəfərin partlayış nəticəsində həlak olduğunu açıqlayıb.

19:46

İsrailin İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfər həlak olub.

“Report xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölənlərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahididir.

18:47

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

Ölən və ya yaralanan barəsində məlumat yoxdur.