BMT İsraildən UNRWA-nın ləğvi ilə bağlı heç bir təklif almayıb

BMT İsraildən UNRWA-nın ləğvi ilə bağlı heç bir təklif almayıb

BMT İsraildən qurumun Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ləğvi ilə bağlı heç bir təklif almayıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu səhər bölgədəki müxtəlif həmkarlarımla telefon danışıqlarına çox vaxt sərf etdim. Onların heç biri belə bir sənəd görməyib və ya onun yenilənməsi barədə xəbərdardır. Eləcə də Baş katib ofisi bu sənədi almayıb”, - o deyib.