İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH-ın generalı öldürülüb - YENİLƏNİB

İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH-ın generalı öldürülüb - YENİLƏNİB

İsrailin İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfər həlak olub.

“Birxeber.Az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölənlərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahididir.

18:47

İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

"Birxeber.Az" "Ria Novosti"yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

Ölən və ya yaralanan barəsində məlumat yoxdur.