Bakıda Belarus Mədəniyyəti Günləri başlayıb

Bakıda Belarus Mədəniyyəti Günləri başlayıb

Azərbaycanda Belarus Mədəniyyəti Günlərinə start verilib.

“Birxeber.Az” xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Bakıda Belarus kinosu günləri də keçiriləcək.

Filmlər aprelin 1-dən 3-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Azərbaycan tamaşaçıları “Digər sahildə” tarixi dramını, “Kinoçular” komediyasını və bir sıra digər sənədli filmləri seyr edəcəklər.

Aprelin 2-də “Belarus rəssamların gözü ilə” sərgisinin, həmçinin Mədəniyyət Günlərinin açılışına həsr olunmuş qala-konsertin keçiriləcəyi gözlənilir.