Damlanın avtomobili qırıldı, səhranın ortasında qaldı - VİDEO
Müğənni Damla (Məsumə Əliyeva) bir neçə gündür ki, Afrikaya istirahətə yollanıb.
Birxeber xəbər verir ki, ölkənin hər yerini qarış-qarış gəzən Damlanın başına iş gəlib. Belə ki, o, səhrada olarkən avtomobili xarab olub. Bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib.
Damla maşını qırıldığı üçün səhranın ortasında qaldıqlarını deyib. Həmin vaxt müğənninin yanında prodüseri Şamil İbrahimov da olub.
Xatırladaq ki, Damal istirahətə prodüseri Şamil və övladı İbrahimlə yollanıb. Onlar hazırda Afrikanın cənubundakı Namibiya Respublikasındadır.
Birxeber