ABŞ səfiri iftar süfrəsinə qatılıb

ABŞ səfiri iftar süfrəsinə qatılıb

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iftar süfrəsinə qatılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Səfir Libbi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova, sığınacağın əməkdaşları və sakinləri, mübadilə programı məzunları ilə Müqəddəs Ramazan ayında oruc tutanların şərəfinə təşkil olunan iftar süfrəsinə qatılıb. Ramazan bayramının inklüziv ruhunu qeyd edən səfir Mehriban xanım və əməkdaşlarını qadın və uşaqların təhlükəsiz məkanla təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təqdir edib", - məlumatda vurğulanıb.