Qazaxıstanda terror aktı planlaşdıran şəxs tutulub

Qazaxıstanda terror aktı planlaşdıran şəxs tutulub

Qazaxıstanın Aktau şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Birxeber.Az-nın məlumatına görə, əməliyyatı ölkənin Milli Təhlükəsizlik Komitəsi keçirib.

Bildirilir ki, ondan partlayıcı üçün nəzərdə tutulan müxtəlif komponentlər və qadağan olunan digər əşyalar götürülüb.

Saxlanılan şəxsin əvvəllər məhkum edildiyi və radikal islamçı baxışlara malik olduğu açıqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi qaldırılıb.

Fərid Azəri