Sabah AFFA-nın yeni prezidenti seçiləcək

Sabah AFFA-nın yeni prezidenti seçiləcək

AFFA-nın növbəti Konfransının aprelin 2-də keçiriləcək gündəliyi bəlli olub.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı dinləniləcək, AFFA prezidenti vəzifəsinə, həmçinin, İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi və digər məsələlərə baxılacaq.