SSRİ-nin tanınmış dövlət xadimi vəfat edib

SSRİ-nin tanınmış dövlət xadimi vəfat edib

Özbəkistan Kommunist Partiyasının keçmiş rəhbəri, SSRİ Ali Soveti Millətlər Sovetininn sabiq sədri Rafiq Nişanov 96 yaşında vəfat edib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə yanvarın 13-də ailəsinə yaxın olan Özbəkistan jurnalistikasının veteranı Rahimjon Sultanov məlumat verib.

Onun sözlərinə görə, Rafiq Nişanov 1989-cu ildən Moskvada yaşayırmış və orada ölüb.

Bildirilib ki, onun harada dəfn olunacağı ilə bağlı qərarı ailəsi verəcək. Həyat yoldaşı Cenevrədə dəfn olunub. Nişanovun Cenevrədə, yoxsa Özbəkistanda dəfn ediləcəyi məlum deyil.

Qeyd edək ki, R.Nişanov 1926-cı il yanvarın 15-də anadan olub. Daşkənd Pedaqoji İnstitutunu bitirib. Tarix elmləri namizədi olub. 1951-ci ildən Özbəkistan SSR-də partiya funksioneri işləyib. 1970-ci ildə SSRİ-nin Şri-Lankada, eyni zamanda Maldiv Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyət göstərib. 1978-ci ildə isə SSRİ-nin İordaniyadakı səfiri işləyib. 1986-cı il dekabrın 9-dan 1988-ci il aprelin 9-dək Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda 1987-ci il iyunun 29-dan 1988-ci il mayın 24-dək Ali Sovetin Rəyasət Heyəti sədrinin müavini olub. 1988-ci ilin yanvarında Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edib, 1988-ci il mayın sonundan 1989-cu il mayın 25-dək SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 1989-cu ilin iyununda Nişanov SSRİ Ali Sovetinin Millətlər Sovetinin sədri seçilib. 1991-ci ilin sentyabrında SSRİ Prezidentinin müşaviri vəzifəsini tutub.

Region Region
Pakistan XİN başçısı Moskvada səfərdədir

Pakistan XİN başçısı Moskvada səfərdədir

Region Region
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Region Region
Türkiyə MN: "Terrorla mübarizəmiz qətiyyətlə davam edəcək"

Türkiyə MN: "Terrorla mübarizəmiz qətiyyətlə davam edəcək"

Region Region
Süleyman Soylu: "Mayın 14-də terror təşkilatlarına Türkiyədə xaos yaratmaq göstərişi verilmişdi"

Süleyman Soylu: "Mayın 14-də terror təşkilatlarına Türkiyədə xaos yaratmaq göstərişi verilmişdi"

Region Region
Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”

Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”

Region Region
Priqojin: "Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər" - YENİLƏNİB

Priqojin: "Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər" - YENİLƏNİB

Region Region
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB-6

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - YENİLƏNİB-6

Region Region
Ərdoğan: “Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”

Ərdoğan: “Yunanıstan, özünü ədəbli apardıqca səninlə işimiz yoxdur, yetər ki, ədəbli ol”

Region Region
Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Region Region
Zelenski Rusiyanın yeni hücumunun artıq başladığını açıqlayıb

Zelenski Rusiyanın yeni hücumunun artıq başladığını açıqlayıb

Region Region
Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Region Region
Peskovun oğlu “Vaqner”in sıralarında döyüşüb

Peskovun oğlu “Vaqner”in sıralarında döyüşüb