“Crocus”da törədilən terrordan sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib

“Crocus”da törədilən terrordan sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib

“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.

"Birxeber.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.

“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir”, - o bildirib.