Azərbaycanla Monteneqro arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Azərbaycanla Monteneqro arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım olunub.

Bildirilib ki, görüş zamanı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və xüsusilə enerji, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.