Podolyak: Münaqişənin yalnız hərbi yolla həlli var

Podolyak: Münaqişənin yalnız hərbi yolla həlli var

Münaqişənin yalnız hərbi yolla həlli var.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixoylo Podolyak “X”də yazıb.

O bildirib ki, hazırda mövqe müharibəsi gedir: “Amma döyüşlərin “donmasına” dair əlamət yoxdur. Rusiya öz vəzifələrini yerinə yetirə bilməyib. Ona görə də eskalasiyanı davam etdirir. Rusiya bütün resurslarını müharibəyə sərf edir. Belə olan müharibənin yalnız hərbi həlli var”.

M.Podolyak Ukraynanın tərəfdaşlarını illüziyalara qapılmamağa çağırıb: “Oturub gözləmək mümkün deyil. Hərbi istehsalı artırmaq və Ukraynaya silah tədarükünü artırmaq lazımdır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib.