Abşeronda 18 gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb

Abşeronda 18 gün əvvəl maşın vuran piyada xəstəxanada ölüb

Abşeronda 18 gün öncə maşın vuran 21 yaşlı oğlan bu gün ölüb.

APA xəbər verir ki, hadisə martın 14-də Xırdalanda baş verib. Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Mirtural Ramil oğlu Səlimovu maşın vurub. Aldığı xəsarətlərdən komaya düşən gənc 18 gün ərzində xəstəxanada müalicə olunub.

Mirtural Səlimov bu gün xəstəxanada dünyasını dəyişib. Fakt araşdırılır.