Ermənistanda cinayətlərin sayında artım olub

Ermənistanda cinayətlərin sayında artım olub

Ermənistanda il ərzində törədilən cinayətlərin sayında 8 faizlik artım qeydə alınıb.

APA-nın "news.am"a istinadən xəbərinə görə, bu barədə hesabatı ölkənin Baş Prokurorluğu açıqlayıb.

Bildirilib ki, təkcə 2023-cü il ərzində 40666 cinayət törədilib ki, bu da əvvəlki dövrlə müqayisədə 3054 fakt daha çoxdur.

Məlumata əsasən, törədilən cinayət faktlarının 80,9 faizi az ağır, 49,3 faizi orta ağır hesab olunan qanun pozuntuları ilə əlaqədardır.

Sənəddə göstərilir ki, ölkədə ağır cinayətlər kateqoriyasına aid hadisələrin göstəricisi 31,6 faiz təşkil edir.

İctimaiyyətə açıqlanan hesabat sənədində ölkədə xüsusilə ağır cinayətlərin ümumi cinayət hadisələrinin 4,1 faizini təşkil etdiyi də bildirilir.

Xatırladılır ki, 2022-ci ildə bu rəqəm 2,3 faiz olub.

Hesabata əsasən, 2023-cü illərdə ölkədə törədilən ağır və xüsusilə ağır cinayətlərin göstəricisi 19,1 faiz səviyyəsində qərarlaşıb.

Fərid Azəri