Oktyabrın 7-dən bəri ölən İsrail hərbçilərinin sayı açıqlanıb

Oktyabrın 7-dən bəri ölən İsrail hərbçilərinin sayı açıqlanıb

İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-dən bəri ölən hərbçilərin sayını açıqlayıb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, oktyabrın 7-dən bəri ölən israilli hərbçilərin ümumi sayı 600-ə çatıb.

IDF bildirib ki, martın 31-də 20 yaşlı baş çavuş Nadav Koenin ölümü ilə İsrailin Qəzzada quru əməliyyatının başlamasından bu yana öldürülən hərbçilərin sayı 256-ya yüksəlib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HAMAS İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1200-dən çox israilli öldürülüb, 200-dən çox israilli girov götürülüb. Bu hücumdan sonra İsrail HAMAS-a qarşı hərbi əməliyyatlara başlayıb. HAMAS-a qarşı davam edən əməliyyatlar nəticəsində Qəzzada 32 000-dən çox fələstinli həlak olub.