Daxili Qoşunların komandanı: "Azad olunmuş ərazilərdə bütün tapşırıqlar icra edilib"

Daxili Qoşunların komandanı: "Azad olunmuş ərazilərdə bütün tapşırıqlar icra edilib"

Daxili Qoşunların Baş İdarəsində “2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.

"Birxeber.Az"un məlumatına görə, Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti ötən il ərzində təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, eləcə də digər vəzifələri, işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş tapşırıqlar icra edilib.

2022-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili qoşunlar komandanının 1-ci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Qeyd olunub ki, il ərzində qoşunlar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının, “Formula-1 Azərbaycan Qran-Pri” yarışının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin, futbol oyunlarının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunub. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.

Keçən il ərzində qoşunlarda döyüş təlimi müvafiq direktivin tələbləri əsasında keçirilib, hərbi qulluqçuların komandir, ixtisas, atəş və fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi təmin olunub. Daxili Qoşunların hərbi hissələri və ərazi polis orqanlarının birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədi ilə birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunub.

Həmçinin ötən il ərzində Daxili Qoşunlarda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı tədbirlərin ardıcıllıqla davam etdirilməsi, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması və hərbi qulluqçuların zəruri tələbatlarının təminat normalarına uyğun təmin olunması da diqqətə çatdırılıb.

Daha sonra bir neçə hərbi hissə komandiri və onların müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib.

Sonda iclasa yekun vuran general-leytenant Ş.Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinin bundan sonra da müəyyən edilmiş vəzifələri, habelə qarşıya qoyulacaq tapşırıqları tam həcmdə və əzmlə yerinə yetirəcəyinə əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.

Daxili siyasət Daxili siyasət
Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib

Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib

Daxili siyasət Daxili siyasət
Naxçıvan DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Naxçıvan DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Daxili siyasət Daxili siyasət
"Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır" - RƏY

"Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır" - RƏY

Daxili siyasət Daxili siyasət
Qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının idxalını və istehsalını həyata keçirənlərə qarşı məsuliyyət tədbirləri sərtləşdirililəcək

Qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının idxalını və istehsalını həyata keçirənlərə qarşı məsuliyyət tədbirləri sərtləşdirililəcək

Daxili siyasət Daxili siyasət
YAP-ın sədr müavini: “Böyük Qayıdış çərçivəsində görüləcək işlər əhalinin rifahının yüksəlməsinə təkan verəcək"

YAP-ın sədr müavini: “Böyük Qayıdış çərçivəsində görüləcək işlər əhalinin rifahının yüksəlməsinə təkan verəcək"

Daxili siyasət Daxili siyasət
Azərbaycandakı mediatorların sayı açıqlanıb

Azərbaycandakı mediatorların sayı açıqlanıb

Daxili siyasət Daxili siyasət
AMEA-da “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib

AMEA-da “Daş təpələr: sivilizasiyanın erkən coğrafiyası” mövzusunda elmi seminar keçirilib

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Daxili siyasət Daxili siyasət
“ASAN xidmət” “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqə reallaşdırıb

“ASAN xidmət” “Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqə reallaşdırıb

Daxili siyasət Daxili siyasət
Baş Prokurorluğun rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Baş Prokurorluğun rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: "İrəvanda babamın mülkündə məskunlaşanlar Türkiyədən gələn ermənilər idi" - VİDEO

Qərbi Azərbaycan Xronikası: "İrəvanda babamın mülkündə məskunlaşanlar Türkiyədən gələn ermənilər idi" - VİDEO

Daxili siyasət Daxili siyasət
Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib

Hacıqabulda Xocalı soyqırımının ildönümü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib