Moskvada ali məktəbə bomba qoyulması xəbərinə görə 2300 nəfər təxliyə edilib

Moskvada ali məktəbə bomba qoyulması xəbərinə görə 2300 nəfər təxliyə edilib

Moskvada ali məktəbə bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Mendeleyev adına Rusiya Kimya Texniki Universitetindən partlayış təhlükəsi ilə əlaqədar 2300 nəfər təxliyə edilib.

Yerli teleqram kanalları universitet rəsmilərinin partlayıcı qurğu ilə bağlı anonim məlumat aldıqlarını yazıb.

Eyni məlumatın Moskvanın daha üç ali məktəbinin, Bauman adına Texiniki Universitet, Moskva Nəqliyyat Universiteti və Pedoqoji Universitetin elektron ünvanına gəldiyi qeyd olunub.