XİN rəhbəri: Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil

XİN rəhbəri: Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil

"Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır".

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir:

"Ermənistanın "biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kv. kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrini təqdim edib. Hazırda mütəxəssislər o xəritələr üzərində çalışır".

Qeyd edək ki, Ermənistan MTX Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.