Nazir: Rumıniya Azərbaycan qazının Avropaya nəqli istiqamətində çalışmağa sadiqdir

Nazir: Rumıniya Azərbaycan qazının Avropaya nəqli istiqamətində çalışmağa sadiqdir

Rumıniya Azərbaycan qazının Avropaya nəqlinin təmin edilməsi istiqamətində işləməyə sadiqdir.

APA xəbər verir ki, bu barədə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasdan sonra keçirilən brifinqdə Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujan bildirib.

O, eyni zamanda, Azərbaycan və Rumıniyanın iştirakı ilə həyata keçirilən iri enerji layihələrinin digər Avropa ölkələri üçün önəm daşıdığını vurğulayıb.

“Mən bu gün səhər baş tutan görüşə görə görə Prezident İlham Əliyevə şəxsən çox minnətdaram. Biz bir sıra məsələlərlə bağlı söhbət aparmaq imkanı tapdıq. Biz sizin bu regionda liderliyinizi təqdir edirik. Bir çox səbəblərdən enerji bizim əməkdaşlığımızın başlıca istiqamətidir. Lakin başlıca səbəb budur ki, Azərbaycanın qaza, Rumıniyanın isə Avropaya çıxış imkanları var. Eyni zamanda, biz böyük qaz istehlakı bazarıyıq. Biz gübrə, dərman kimi digər məhsullar üçün böyük bazarıq. Biz SOCAR-ın Rumıniyadakı mövcudluğunun inkişaf etdirilməsinə sadiqik, digər tərəfdən, Azərbaycandan qazın Rumıniya vasitəsilə Avropa bazarına nəql edilməsinin təmin edilməsinə sadiqik.

Biz yeni LNG terminalı layihəsinə də sadiqik, bu layihə iki ölkəyə, həmçinin Gürcüstan, Macarıstan və Avropanın qalanı üçün xidmət edəcək. Biz bu istiqamətdə inkişaf görəcəyimizə ümid edirik. Biz eyni zamanda, Buxarestdə Avropa Komissiyasının rəhbəri, həmçinin Prezident İlham Əliyevin, Macarıstan Baş naziri Viktor Orbanın, Prezident Yohannesin və Gürcüstan tərəfinin iştirakı ilə imzalanmış “Yaşıl Dəhliz” layihəsinə sadiqliyimizi ifadə edirik. Biz bu layihənin tez bir vaxtda reallaşmasını görmək istəyirik”, - nazir deyib.

Aləmdə Nəsib

Səid Babazadə