Məktəb psixoloqlarının diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır

Məktəb psixoloqlarının diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır

Məktəblərdə psixoloqlarla bağlı problemlər var. Həmin psixoloqların diaqnostik qiymətləndirmədən keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, qiymətləndirmədən sonra bu sahədə başqa problemlər ortaya çıxacaq: "Hazırda şagird sayı 1000-dən artıq olan məktəblərdə hər 500 uşağa 1 psixoloq düşür. Psixoloqların işə qəbulu da mərkəzləşdirilmiş qaydada imtahanla həyata keçirilir".

R.Ağayev əlavə edib ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəblərdə 2048 şagird psixoloqa müraciət edib.