Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 milyon manatdan çox artıb

Ötən il həyatın yaşam sığortasına yatırımlar 100 milyon manatdan çox artıb

2023-cü ildə Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 504 milyon 992,7 min manata bərabər olub.

Birxeber.Az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 27.3% və ya 108 milyon 305.5 min manat çoxdur. 2022-ci ildə həyat sığorta şirkətləri 396 milyon 687 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 94.3%-ə yüksəlib. Belə ki, əvvəlki ildə bu göstərici 93.3% təşkil etmişdi.

Ötən il həyatın yaşam sığortası üzrə ödənişlər isə 20.9% artaraq 292 milyon 558 min manata çatıb. Əvvəlki ildə isə bu sığorta növü üzrə ödənişlər 242 milyon 78 min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.