Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Sumqayıt şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb.

“Report”un yerli bürosu məlumat verir ki, şəhər rəhbərliyi, Sumqayıtdan seçilmiş deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini və şəhidlərin məzarlarını ziyarət ediblər.

Abidə kompleksinin önünə gül dəstələri düzülüb, faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.