Sahil Babayev: "İndiyədək Azərbaycan Rumıniyaya 90 milyon ABŞ dolları invesitisya yatırıb"

Sahil Babayev: "İndiyədək Azərbaycan Rumıniyaya 90 milyon ABŞ dolları invesitisya yatırıb"

İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.

"Birxeber.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasının yekunlarına həsr olunan brifinqdə deyib.

Nazir bildirib ki, İki ölkə arasında enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət sahələrində əlverişli əməkdaşlıq imkanları mövcuddur.

S. Babayev əlavə edib ki, 2023-cü ildə Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub: "Ticarət dövriyyəsinin böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib".