İsrail HAMAS liderinin bacısını həbs edib

İsrail HAMAS liderinin bacısını həbs edib

İsrail HAMAS liderinin bacısını təhlükəsizlik səbəbilə həbs edib.

APA xəbər verir ki, bu barədə “İ24” xəbər portalı məlumat yayıb.

Məlumata görə HAMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı terror qruplaşmasının əməliyyatçıları ilə əlaqə saxlamaqda və terror aktlarını dəstəkləməkdə şübhəli bilinərək həbs edilib.

Qeyd edilib ki, şübhəlinin evinə basqın zamanı onu "ciddi təhlükəsizlik pozuntuları" ilə əlaqələndirən sənədlər və elektron cihazlar tapılıb.