"Paşa Sığorta"nın əməliyyat gəlirləri 127 mln. manatdan çox artıb - Hesabat

"Paşa Sığorta"nın əməliyyat gəlirləri 127 mln. manatdan çox artıb - Hesabat

“Paşa Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Birxeber.Az-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Paşa Sığorta"nın xalis mənfəəti əvvəlki illə müqayisədə 21.5% artaraq 35 milyon 488 min manat təşkil edib. Şirkət 2022-ci ili 29 milyon 201 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “Paşa Sığorta”nın əsas əməliyyat gəlirləri 58.9% və ya 127 milyon 578 min manat artaraq 344 milyon 49 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 216 milyon 471 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 48,4 milyon manat artırıb ki, əvvəlki ildə bu ehtiyatları 19.5 milyon manat artırmışdı.

Sığorta şirkətinin investisiya gəlirləri 17 milyon 108.7 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 34.1% və ya 4 milyon 354.5 min manat çoxdur. Bu dövrdə, “Paşa Sığorta”nın subroqasiya gəlirləri 2.5% artaraq 2 milyon 73.8 min manata, sair gəlirləri isə 87.3% artaraq 994.3 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 315 milyon 801 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 48.8% çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 63% artaraq 214 milyon 292 min manata, sığorta ödənişləri 2.1 dəfə artaraq 144 milyon 36.1 min manata, işlərin aparılması xərcləri isə 35.3% artaraq 57 milyon 478 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 56,4% artaraq 271 milyon 882.7 min manat təşkil edib.

2023-cü ildə “Paşa Sığorta”nın maliyyə mənfəəti 14.6% artaraq 43 milyon 918.4 min manata yüksəlib.

2024-cü ilin yanvarın 1-nə “Paşa Sığorta”nın cəmi aktivləri 15.5% artaraq 317 milyon 379.6 min manata, cəmi öhdəlikləri 18.6% artaraq 231 milyon 885.4 min manata, cəmi kapitalı isə 7.9% artaraq 85 milyon 494.1 min manata yüksəlib.