ÜST rəsmisi: Azərbaycanda psixi xidmətlərə əlçatanlıq təmin edilməlidir

ÜST rəsmisi: Azərbaycanda psixi xidmətlərə əlçatanlıq təmin edilməlidir

Azərbaycanda psixi xidmətlərə əlçatanlıq təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, COVID-19 dünyada psixi sağlamlıq məsələsinə ciddi təsir göstərdi:

"Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün aparılan müharibə də insanların psixologiyasına təsir etdi. 2020-ci ilin dekabrında Qarabağ ətrafındakı bölgələrdə psixi sağlamlıqla bağlı tədbirlər həyata keçirdik. Bu müddətdə 54 nəfər psixiatriya mütəxəssisi yetişdirdik, təlimlərə cəlb etdik".

H.Harmancı Azərbaycan üçün ən önəmli məsələ psixi xidmətlərə əlçatanlığın təmin edilməsidir:

"Psixiatrların və klinik psixoloqların sayında problemlər var. Rayonlarda kadr çatışmazlığının şahidi oluruq. Xalq arasında stiqmanın azaldılması da vacib məsələlərdən biridir. Əgər stiqma azalmazsa, insanların bu xidmətlərdən istifadəsi də effekt verməyə bilər".