Sahib Məmmədov: "Ərazilərimizin azad edilməsi yeni investisiya imkanı açıb"

Sahib Məmmədov: "Ərazilərimizin azad edilməsi yeni investisiya imkanı açıb"

Azərbaycan investisiya mühitini yaxşılaşdırmaqda davam edir.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, bu məsələdə sənaye zonalarının yaradılması mühüm rol oynayır.

Nazir müavini qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi yeni investisiya imkanları açıb: "Qarabağın ətraf mühitinin qorunması azad edilmiş ərazilərin bərpasında əsas vəzifələrdən biridir".

S.Məmmədov vurğulayıb ki, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin statistik göstəriciləri ikitərəfli əməkdaşlığın bütün potensialını əks etdirmir: "Biz qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafına xidmət edəcək təşəbbüslərin bundan sonra da təşviqinə və dəstəkləməsinə çağırırıq”.