Şamil Süleymanlı: Tək şuşalılar yox, 30 ildir bütün azərbaycanlılar qarabağlıdır

Şamil Süleymanlı: Tək şuşalılar yox, 30 ildir bütün azərbaycanlılar qarabağlıdır

Böyük Qayıdış başlayıb, evimizə qayıdırıq. Tək şuşalılar yox, 30 ildir ki bütün azərbaycanlılar qarabağlıdır.

"Report" xəbər verir ki, bu fikirləri kino aktyoru, Azərbaycanın Xalq artisti Şamil Süleymanlı deyib.

Ən böyük arzusunun Şuşada film çəkilməsinin olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini bildirib.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İlk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Şamil Süleymanlının iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik: